Yol polisi sürücünü qulağı partlayana qədər döydü

Rusiyanın Perm vilayətində Dövlət Yol Müfəttişliyinin əməkdaşı Artur Şartdinov sürücü Artem Motırevi sol qulağının qulaq pərdəsi partlayana qədər döyüb.
Avtosfer.az yerli KİV-ə istinadla bildirir ki, iyulun 20-də axşam Dövlət Yol Müfəttişliyinin əməkdaşları Motırevin idarə etdiyi avtomobili saxlayıblar. Polis Şartdinov həmin şəxsi qandallayıb, sonra yumruqları və təpik zərbələri ilə döyməyə başlayıb. Zərərçəkənə qulaq pərdəsinin yırtılması diaqnozu qoyulub, eşitmə 10% -ə düşüb.
İyulun 24-də Şartdinova qarşı cinayət işi açılıb. O, şübhəli şəxs qismində saxlanılaraq dindirilib. İyulun 26-da Çernuşinski rayon Məhkəməsi yol polisi əməkdaşını iki ay müddətinə ev dustaqlığına məhkum edib. Zərərçəkmiş Motırev də öz növbəsində bu qərardan apellyasiya şikayəti verib.
Zərərçəkənin dediyinə görə, o, Şartdinovdan qorxur və hələ də “onun qorxunc görünüşünü” xatırlayır. Motırev onu da bildirib ki, iyulun 26-da onun xəstəxanasına naməlum şəxs gəlib və ondan ifadəsini yumşaltmasını istəyib.
(lent.az)
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












