Yol polisi təcrübəsi az olan sürücülərə XƏBƏRDARLIQ ETDİ: Buzlu yollarda avtomobil sürməyin! - FOTO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev hava şəraiti ilə bağlı sürücülük təcrübəsi az olan şəxslərə xəbərdarlıq edib.
Avtosfer.az xəbər verir ki, R. Tağıyev bu barədə Facebook sosial şəbəkəsində paylaşım edib.
O, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən yanvarın 14-16-da paytaxt yollarının, eləcə də magistral yolların buz bağlama ehtimalı olduğu bildirib: "Hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülük təcrübəsi az olan şəxslərdən buz bağlayan yollarda avtomobil idarə etməmələri tövsiyə olunur. Yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən diqqətli olmalı, yolların buz bağlamasını nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun tənzimləməlidirlər. Həmçinin, sürücülərdən zərurət olmadan ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər etməmələri xahiş olunur".
O qeyd edib ki, hava şəraiti ilə əlaqədar DİN tərəfindən ölkə polisinə müvafiq tapşırıq və göstərişlər verilib, zərurət yaranacağı təqdirdə xidmətə əlavə canlı qüvvə və texnikanın çıxarılması təmin olunacaq: "Vətəndaşlardan xahiş edirik ki, hava şəraiti ilə əlaqədar qaydalara əməl etsinlər".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













