Yol polisində dövr edən milyonlar- ARAŞDIRMA

Miqdarından asılı olmayaraq cərimə heç kimə xoş təsir bağışlamır. Lakin bunsuz da ötüşmək mümkün deyil.
Avtosfer.az xəbər verir ki, İspaniyanın “El Confidencial” qəzeti Barselona polisinin 1 illik fəaliyyətini araşdırıb. Tədqiqat yol polisinin il ərzində büdcəyə milyonlarla vəsait daxil etdiyini üzə çıxarıb.
Müqayisə imkanı üçün bir haşiyə çıxaq ki, Barselona şəhəri eyniadlı əyalətin paytaxtıdır. Ölkənin ikinci böyük şəhəri olan Barselonada əhali sayı 1,7 milyon nəfərdir.
Şəhərdə ən çox cərimə yazan yol polislərinin fəaliyyətini araşdırdıqda maraqlı məqamlar üzə çıxıb. Məlum olub ki, yol polisində çalışan çavuşlardan biri il ərzində 7,5 milyon avro (14 milyon manat) cərimə yazıb. Həm də bunu cəmi 1000 avro (1700 AZN) dəyəri olan səyyar radarla edib.
İkinci yerdə gələn polis də müxtəlif alətlərdən istifadə edərək 4,5 milyon avro (8,5 milyon AZN) cərimə yazıb. Üçüncü polisin qarşısında isə rəsmi sənəddə xüsusi qeyd var: o, 4,2 milyon avro (8 milyon AZN) cəriməni ənənəvi (vizual) yolla, heç bir alətdən istifadə etmədən tərtib edib.
TOP-10-da yer alan digər polis əməkdaşlarının hər biri ildə azı 1 milyon avro (1,7 milyon AZN) cərimə yazıblar.
Bir sözlə, şəhər büdcəsinin doldurulmasında əsas yük polisə düşüb. O ki qaldı qayda pozanların çoxluğuna, Barselona sərhəd ərazidir. Avropadan İspaniya və Portuqaliyaya gedən sürücülər bu yoldan keçirlər.
Vüqar
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












