Yol polisindən Abuzər Cəfərliyə cavab: "1500 manatadək cərimə borcun var"

Son günlər Abuzər Cəfərli adlı şəxs sosial şəbəkələrdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ünvanına ağır ittihamlar səsləndirir. Həmçinin BŞDYP-nin rəisi, polis polkovniki Rəşid Piriyevi jurnalistlərə və məcburi köçkünlərə qarşı amansız davranmaqda günahlandırır.
Təbii ki, yol polisi bu ittihamlara ciddi yanaşmır. Lakin İdarə həmin vətəndaşa cavab verməklə məsələyə aydınlıq gətirib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, səsləndirilən ittihamların heç bir əsası yoxdur və şantaj xarakterlidir.
"Özünü jurnalist kimi təqdim edən Abuzər Cəfərli adlı şəxs sosial şəbəkələr vasitəsilə Daxili İşlər Nazirliyi rəhbərliyinə müraciətlər edərək bildirib ki, guya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyev jurnalist və məcburi köçkünlərə qarşı qərəzli davranır. Guya yol polisləri onu "sifarişlə" saxlayıb və avtomobilini cərimə meydançasına aparıb.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onun hazırda 35 ödənilməyən cəriməsi var. Bu cərimələrin ümumi məbləği 1500 manata yaxındır. Cərimələrin bir qismi Bakı Nəqliyyat Agentliyi tərəfindən yazılıb. Bununla bağlı sürücüyə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq o, cəriməni ödəməkdən yayınır və sosial durumunun aşağı olduğunu bəhanə gətirir. Beləliklə də cərimələrin ləğv olunması arzusu ilə sosial şəbəkələrdə DYP-ə qarşı şantaj xarakterli fikirlər yayır.
Bununla bağlı Abuzər Cəfərli yol polisinə dəvət olunaraq ona hüquq və vəzifələrini izah olunub. Hətta şənbə günü olduğu və ictimai nəqliyyatın işləməməsi nəzərə alınaraq vətəndaş evinə qədər ötürülüb. Lakin o, şantaj xarakterli materiallar yaymaqla hazırda cərimə meydançasında olan avtomobilinin buraxılmasına və cərimələrin ləğv olunmasına çalışır. Amma təbii ki, bu, mümkün deyil və qanun qarşısında hamı bərabərdir. Hər kəs törətdiyi inzibati xətaya görə qanun qarşısında cavab verməlidir.
Onu da bildirim ki, sosial şəbəkələrdə Abuzər Cəfərlinin paylaşımlarına vətəndaşlar tərəfindən yazılan obyektiv şərhlər onun qərəzli olduğunu təsdiq edir və buna görə həmin şəxslərə təşəkkür edirik.
Abuzər Cəfərli konkret faktlardan və öz əməllərindən danışmaq əvəzinə ümumi qərəzli fikirlərlə yol polisinə böhtan atmağa çalışsa da fakt odur ki, məqsəd məsuliyyətdən yayınmağa çalışır. Buna görə də uzun müddətdir cərimələri ödəmədiyi üçün Abuzər Cəfərlinin sürücülük hüququndan məhrum edilməsi məqsədilə məhkəməyə müraciət ediləcək. Eyni zamanda onun hər bir hərəkətinə hüquqi müstəvidə qiymət verilməsi üçün adekvat tədbirlər görüləcək.
Fərid
Məktəbli formasına etiraz edən 37 nəfər həbs olundu
Məcburi dayanma zamanı bu qaydaları unutmayın - DYP-dən XƏBƏRDARLIQ - FOTO
Nizami rayonunda ekoloji reyd; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK












