Yol polisindən qaçaraq "avtoşluq" edən bayker həbs olundu - FOTO

Paytaxtın Nizami rayonu ərazisində ardıcıl olaraq qaydaları kobud şəkildə pozan moto sürücüsü saxlanılıb. Avtosfer.az xəbər verir ki, 99-C-913 dövlət nömrə nişanlı motosikletin sürücüsü, 1997-ci il təvəllüdlü, Lənkəran rayon sakini İmanzadə Kənan İlham oğlu əks istiqamətli yola çıxaraq qaydaları pozub.
Yol polisinin “saxla” işarəsinə tabe olmayan bayker daha sonra təhlükəli manevrlər edərək işıqforun qırmızı işığına məhəl qoymayıb. Ardıcılı olaraq müxtəlif kobud qayda pozuntularına yol verən sürücü Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon məhkəməsinə göndərilib.
Məhkəmədə sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1 (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi), 327.3 (Müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi) , 327.4 (1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə), 511.1 (Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər), 511.3 (mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması) maddələri ilə təqsirli bilinərək sürücülük hüququ 1 il müddətində məhdulaşdırılmaqla 30 gün inzibati qaydada həbs olunub.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












