Yol polisindən sürücülərə vacib MÜRACİƏT - Qaynar xətt yaradıldı - TƏLƏSİN!
Yol polisi
17 Aprel 2021 16:08

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə idarə etdikləri nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar bir daha məlumatlandırır. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar sürücüləri maraqlandıran məsələlərin daha dəqiq və operativ öyrənilməsi üçün "012-511-08-40" nömrəli "qaynar xətt" yaradılıb.
Onun sözlərinə görə, "qaynar xətt" saat 08:00-dan 18:00-dək sürücülərin və avtomobil sahiblərinin ixtiyarındadır.

Məqsəd sürücülərə idarə etdikləri nəqliyyat vasitələri, onların texniki baxışdan keçməsi müddətinin vaxtı, ödənilməyən cərimə borclarının olub-olmaması və sairə məsələlər barədə məlumatların vaxtında verilməsi ilə bağlıdır: "Nəqliyyat vasitələrini texniki baxışa təqdim edəcək sürücü və ya sahiblərdən xahiş olunur ki, baxış zamanı əlavə vaxt itkisinə yol verilməməsi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş dəyişikliklərə əsasən barələrində qanuni qüvvəyə minmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimələrin ödənilməsini təmin etdikdən sonra müraciət etsinlər".
Vaqif Əsədov deyib ki, Bakı şəhəri üzrə 2 ərazidə avtomobillərin diaqnostika mərkəzləri yerləşir. Bunlardan biri Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzidir, digəri isə Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzinin yanında fəaliyyət göstərir: "Paytaxt və Bakı ətrafı ərazilərdə yaşayan avtomobil sahibləri və sürücülər sözügedən məntəqələrdə şənbə-bazar günləri də daxil olmaqla saat 08:00-dan 18:00-dək nəqliyyat vasitələrini təqdim edə bilərlər".

Şöbə rəisi nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar informasiyaların daha dəqiq və operativ alınması üçün "012-511-08-40" nömrəli "qaynar xətt"ə zəng etməyi tövsiyə edib.
Qeyd edək ki, son vaxtlar əksər vətəndaşlarımız da Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika mərkəzlərinin fəaliyyətindən və burada göstərilən xidmət səviyyəsinin yüksək olmasından məmnunluqlarını dilə gətirirlər. Hətta, redaksiyamızın əməkdaşları "012-511-08-40" nömrəli "qaynar xətt"in iş fəaliyyətini yoxlamaq üçün gün ərzində bir neçə dəfə həmin nömrə ilə əlaqə saxlayaraq, avtomobillərin texniki baxışı və sürücüləri maraqlandıran digər mövzularda suallar ünvanlayıb. Əvvəlki illərlə müqayisədə sevindirici hal idi ki, "qaynar xətt"də çalışan əməkdaşlar bütün suallarımıza səbrlə çox peşəkar və operativ şəkildə cavab veriblər.
Oxunub : 22678
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












