Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, 25-26 may tarixində Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bəzi bölgələrində fasilələrlə intensiv yağış, güclü külək və şimşək müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli intensivləşməsi, dolu düşməsi və dağlıq ərazilərdə qar yağması ehtimalı var.
BDYP-dən Avtosfer.az-a verilən məlumata görə, belə hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərərək qəza riskini artırır.
"Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını daha diqqətli olmağa çağırır.
Sürücülərə tövsiyə olunur ki, hərəkət sürətini hava və yol şəraitinə uyğun seçsinlər, ara məsafəsini artırsınlar, kəskin manevrlərdən və əsassız ötmələrdən çəkinərək nəqliyyat vasitəsini ehtiyatla idarə etsinlər. Görünmə məsafəsinin azaldığı hallarda işıq cihazlarından düzgün istifadə edilməli, uzaq işıqlar qarşıdan gələnlərə mane olmayacaq şəkildə tənzimlənməlidir.
Piyadalar isə yolu yalnız müəyyən olunmuş keçidlərdən keçməli, məhdud görünmə şəraitində xüsusilə ehtiyatlı davranmalıdırlar.
Xüsusilə küləkli hava şəraitində moped, motosiklet və skuter sürücüləri daha diqqətli olmalı, mümkün hallarda hərəkəti məhdudlaşdırmalıdırlar. Güclü külək bu nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və aşma riskini artırır.
Unutmayaq ki, mövcud hava şəraitində hər bir məsuliyyətli davranış mümkün yol-nəqliyyat hadisələrinin qarşısını almağa xidmət edir", - deyə məlumatda qeyd olunub.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












