Yol polisinə tabe olmayan, narkotik və spirtli içkinin təsiri altında olan sürücü həbs olunub - VİDEO
Mayın 22-də də “Chevrolet” markalı, 99-UD-447 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kərimov Fərid Ələkbər oğlu manevretmə qaydasını pozduğu üçün DİN BDYPİ-nin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün stasionar postunda ona saxla işarəsi verilib, lakin o, polisin qanuni tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirib.
Sonradan həyata keçirilən tədbirlər nəticəsində sürücü F.Kərimov saxlanılıb və hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçməsi təmin olunub. Müayinə nəticəsində F.Kərimovun narkotik vasitənin və spirtli içkinin təsiri altında olması müəyyən edilib.
F.Kərimov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə F.Kərimov polis işçisinin qanuni tələbinə qəsdən tabe olmadığı üçün 8 gün müddətində inzibati qaydada həbs edilib, eyni zamanda narkotik vasitənin və spirtli içkinin təsiri altında nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün sürücülük hüququ bir il müddətində məhdudlaşdırılıb.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












