Yol polisinə tabe olmayan sürücü məhəllə yolunda qəza törətdi: HƏBS OLUNDU

Paytaxtın Xətai rayonu ərazisində qəza törədərək yol polisinə tabe olmayan sürücü saxlanılıb. Hadisə ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, dekabrın 24-də saat 02:40 radələrində sürücü Əliyev Məhəmməd Rauf oğlu "Baic" markalı avtomobillə hərəkətdə olarkən qanuna uyğun olaraq verilən işarəyə qəsdən tabe olmayıb və hərəkətinə davam edib. O, məhləlləarası küçəyə daxil olub və avtomobili önə-geriyə verərkən yol-nəqliyyat hadisəsi törədib. Daha sonra sürücü hadisədən yayınmaq üçün ərazidən uzaqlaşmağa cəhd edib.
Lakin polis əməkdaşlarının çevik müdaxiləsi nəticəsində qanuna tabe olmayan sürücü saxlanılaraq Xətai rayonu 34-cü Polis Şöbəsinə təhvil verilib və haqqında məruzə tərtib olunub. Toplanmış sənədlər Xətai rayon Məhkəməsinə təqdim olunub. İnzibati Xətalar Məcəlləsinin 332.4 və 535.1 bəndlərinə əsasən sürücü təqsirli bilinərək barəsində 20 gün müdddətində inzibati qaydada həbs tərtib olunub.
Nərmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












