Yol polisinə tabe olmayan sürücü və qardaşı saxlanıldı; DYP-dən iddialara CAVAB

İnternet televiziya kanallarının birində “Mercedes” markalı, 99-HT-480 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı iddialar yayılıb.
Avtosfer.az xəbər verir ki, vətəndaş Mövlan Şahbazov qardaşının idarə etdiyi avtomobilin dayandığı yerdə yol polisi əməkdaşları tərəfindən yoxlanıldığını bildirib. Onun sözlərinə görə, yoxlama zamanı maşından qara tüstü həddindən artıq çox olub və avtomobil duracağa aparılıb. M.Şahbazovun iddiasına görə, qardaşı da saxlanılaraq polis bölməsinə aparılıb.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sürücünün qardaşının iddiaları əsassızdır. Qeyd olunub ki, sürücü A.Şahbazov yol hərəkəti qaydasını pozuğu üçün nəqliyyat vasitəsi mühafizə olunan duracağa, özü isə polisin qanuni tələbinə əməl etmədiyi üçün barəsində toplanan materiallar aidiyyəti üzrə rayon məhkəməsinə təhvil verilib və məhkəmə tərəfindən məsələyə hüquqi qiymət verilib.
Videogörüntüdə səsləndirilən iddialar şəxsi müalahizələrdir və heç bir hüquqi əsası yoxdur. Sürücü tərtib olunmuş protokoldan şikayət etmək hüququna malikdir.
(lent.az)
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












