Yol polisinin gözü önündə telefonla danışan "BakuBus" sürücüsü cərimələndi - VİDEO

Bu gün Sabunçu rayonu ərazisində 90-JU-869 dövlət nömrə nişanlı, 172 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan, "BakuBus" MMC-yə məxsus avtobusun sürücüsü sükan arxasında mobil telefon ilə danışıb.
Avtosfer.az xəbər verir ki, hadisə ərazidə xidmət aparan Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının gözü önündə baş verib. DYP əməkdaşları sürücünü saxlayaraq onunla müvafiq qaydada profilaktiki söhbət aparıb və bu əməlin inzibati xəta yaratmaqla yanaşı həm də təhlükəli olduğunu izah edib. Sürücü isə avtobusun nasaz olduğunu bəhanə gətirərək "vacib zəng etməlili idim" deyə cavab verib. DYP əməkdaşı isə sürücüyə izah edib ki, bunun üçün nəqliyyat vasitəsini saxlayıb müvafiq addımı ata bilərdi.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Videonu təqdim edirik:
Leyla
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















