Yol polisinin “Saxla” əmrinə tabe olmayan sürücünün bəhanəsi şoka saldı - VİDEO

Türkiyənin Bursa şəhərində yol polisinin keçirdiyi reyd zamanı “Saxla” əmrinə tabe olmayan sürücü idarə etdiyi avtomobillə qaçmağa çalışıb. Avtosfer.az “İHA”ya istinadən xəbər verir ki, Osmanqazi rayonu Santral Qaraj məhəlləsində keçirilən reyd zamanı polis hərəkətdə olan avtomobilin sürücüsünə “Saxla” əmri versə də o, tabe olmayaraq hərəkətinə davam edib. Qarşıda daha bir polis qrupunu görən sürücü bu dəfə avtomobili arxa-arxaya verərək hərkətə davam edib. Bu zaman polis əməkdaşı üzərində gəzdirdiyi xidməti silahdan əvvəlcə bir neçə dəfə havaya, sonra isə avtomobilin ön təkər şininə atəş açıb.
Ardınca polislər yolun əks istiqaməti ilə hərəkət edən sürücünü təqib etməyə başlayıblar.
Polislər yaxındakı bir küçədə avtomobili park vəziyyətində tapıblar və sürücünün piyada qaçdığını müəyyən ediblər. Bir müddət sonra təslim olan 24 yaşlı A.O. adlı qaçan sürücünün bəhanəsi isə polis əməkdaşlarını şoka salıb. O, həmin zaman sevgilisinin yanında olduğunu və onun həyəcanlandığını görüb qaçdığını bildirib.
Polis əməkdaşları “Saxla” əmirinə tabe olmadığı, yolun əks istiqamətinə hərəkət etdiyi və drift etdiyi üçün sürücüyə 100 min lirə (5150 manat) məbləğində protokol yazıb. Avtomobil isə cərimə meydançasına aparılıb.
Namiq Musayev
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












