Yol polisləri dəm qazından boğulan şəxsi belə xilas etdi - ANBAAN VİDEO

Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları dəm qazından boğulan xəstəni xilas edib. Avtosfer.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkədə geniş yayılıb. Belə ki, Sumqayıtda sürücü dəm qazından boğulan qadını öz şəxsi avtomobili ilə xəstəxanaya çatdırmağa çalışıb. Öndə hərəkətdə olan yol polisi maşınını görəndə ona səs və işıq siqnalları vasitəsilə işarə edib. Polis nə baş verdiyini soruşub və sürücü məsələni izah edib. Yol polisi dərhal önə keçib, səs və işıq siqnallarını yandıraraq xəstəni daşıyan maşın üçün yol açıb. Xəstəxanaya kimi vətəndaşa kömək edən polis həm xəstənin həyatını xilas edib, həm də həmin sürücü və digər nəqliyyat vasitələri üçün təhlükəsizliyi təmin edib.
Hadisə anbaan avtomobildə olan videoregistratorda qeydə alınıb. DYP əməkdaşının nümunəvi hərəkəti isə sosial şəbəkədə böyük maraqla qarşılanıb.
Məhəbbət Tərlanoğlu
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












