Yol polisləri körpə uşaqla yolda qalan xanım sürücüyə belə dəstək oldu - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının I tağımının əməkdaşları körpə uşaqla yolda qalan xanım sürücüyə köməklik göstərib.
Bununla bağlı görüntüləri həmin xanım sürücü sosial şəbəkəldə paylaşıb.
O bildirib ki, 99-YP-755 dövlət nömrə nişanlı yol patrul xidməti avtomobilində xidmət edən yol polisi əməkdaşları ona yardım edib.
Belə ki, oğlu ilə avtomobildə hərəkətdə olarkən uşaq acıyıb. Xanım isə magistral yolda avtomobili saxlamağa məcbur olub. Bu zaman ərazidə xidmət aparan 99-YP-755 dövlət nömrə nişanlı avtomobilin ekipajı xanıma yaxınlaşıb. Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşı Hasil Bağırov təhlükəsizliyi təmin etmək məqsədilə patrul maşınını xanım sürücünün avtomobilin arxasında saxlayıb. Təxminən yarım saat ərzində ana övladına yemək verib. Bu müddət ərzində YPX əməkdaşı onun təhlükəsizliyini təmin edib.
Xanım sürücü yol polisinin bu nümunəvi hərəkətini yüksək qiymətləndirib və onlara təşəkkür edib.
Avtosfer.az həmin görüntüləri təqdim edir:
Könül
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












