Yolda halı pisləşən sürücüyə DYP əməkdaşları kömək etdi - FOTO

Avtosfer.az-ın “Qaynar xətt”inə şikayətdən başqa təşəkkürlər də ünvanlanır. Bunlardan biri də Ağstafa rayon sakini İlham Orucovdan aldığımız təşəkkür mesajıdır. Belə ki, 77-PN-986 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobili idarə edən İlham Orucovun Tovuz rayonu ərazisində olarkən sükan arxasında halı pisləşib. Yaxınlıqda olan 99-YP-205 dövlət nömrə nişanlı “KİA” markalı xidməti avtomobilə yaxınlaşan sürücü vəziyyəti izah edib. Dövlət yol polisi əməkdaşları dərhal məsələni nəzarətə götürərək əraziyə təcili tibbi yardım dəvət ediblər.
Həkim müayinəsindən sonra sürücüyə gedəcəyi ünvana qədər köməklik edən polis əməkdaşları Cavid Məmmədov və Anar Bayramovdur. İlham Orucov Tovuz rayon DYP Bölməsinin əməkdaşlarına öz təşəkkürünü bildirib.
Qeyd edək ki, sürücünün halının pisləşməsi təzyiq problemindən olub.
Nurlan Sakitoğlu
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














