YPX postunda həyəcanlı anlar: Polis əməkdaşları qadını ölümdən xilas etdi - VİDEO

Ağstafadan Bakıya qayıdan ailənin başına gələn hadisə onlara çətin anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 1-də Bakı-Qazax yolunun Navahi rayonundan keçən hissəsində baş verib.
Belə ki, Bakı istiqamətində hərəkət edən 99-SU-219 qeydiyyat nişanlı avtomobildə olan xanımın epilepsiyası tutub. Köməksiz vəziyyətdə qalan ailə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının VII tağımının əməkdaşlarından kömək istəyiblər.
Onlar Navahi postunda saxlayan zaman yol polisi əməkdaşları operativ şəkildə xəstəni xidməti avtomobilə qoyaraq Hacıqabul rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin dərhal müdaxiləsi nəticəsində xəstəyə tibbi yardım göstərilib və hazırda vəziyyəti normaldır.
Çətin vəziyyətdə qalan ailə onlara kömək edən polis əməkdaşlarının fədakar xidmətinə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və yol polisi əməkdaşlarına təşəkkürlərini bildirblər.
Könül Rauf
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












