Yük avtomobili yandı, YPX əməkdaşları qarşısını aldı - VİDEO

Quba rayon sakini Ramin Quliyevin idarə etdiyi yük avtomobili magistral yolda hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrikində tüstülənmə qeydə alınıb. Tüstünün getdikcə yanğına çevrildiyini görən sürücü avtomobili DYP-nin yaxınlıqda yerləşən stasionar postuna sürərək kömək istəyib.
Avtosfer.az xəbər verir ki, YPX Alayının 12-ci taqımının əməkdaşlarının çevik müdaxiləsi nəticəsində alov söndürülüb və avtomobilin yanaraq tamamilə sıradan çıxmasının qarşısı alınıb.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin sahiblərinə və sürücülərə müraciət edərək onları nəqliyyat vasitələrinin texniki sazlığını daim diqqət mərkəzində saxlamağa, YPX əməkdaşlarının ağır fəsadların baş verməməsi üçün təhlükə ilə üz-üzə qaldıqları sözügedən hadisədən düzgün nəticə çıxarmağa çağırır.
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO












