Xüsusi internat məktəbində yol polisləri ilə özəl gün - FOTOLAR

Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yol hərəkəti qaydalarını öyrətmək, uşaqlarla bağlı yol-nəqliyyat hadisələrinin sayını azaltmaq məqsədilə rayon ərazisində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində maarifləndirmə tədbiri keçiriblər. Avtosfer.az xəbər verir ki, tədbir uşaqların çıxışları ilə başlayıb. Onlar yol qaydalarına aid şeir, mahnı və səhnəciklərdən ibarət kompozisiya təqdim ediblər.
Yol Patrul Xidməti əməkdaşları məktəblilərə piyadanın vəzifələri, yol nişanları və nizam-intizam qaydaları barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, bu tipli görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərə yol hərəkəti qaydaları haqqında dolğun məlumat vermək, onlar arasında təhlükəsizlik davranış vərdişlərini aşılamaq, uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin minimuma endirilməsindən ibarətdir.
Yol hərəkəti qaydaları ilə bağlı uşaqlara suallar verilib və onların DYP əməkdaşlarına sualları cavablandırılıb.
Məktəb rəhbərliyi bu cür maarifləndirici tədbirləri yüksək qiymətləndirib.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ


















