Zəngilan və Ağdam polisi düşmənin atıb qaçdığı silah-sursatı aşkarladı - FOTO
Yol polisi
12 Fevral 2021 15:58

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Rəzdərə kəndi ərazisində xidmətdə olarkən oradan düşmənə məxsus 1 ədəd PKM pulemyotu, 1 ədəd RPQ-7 qumbaraatanı və 9 ədəd mərmi, 2 ədəd 120 mm-lik və 8 ədəd 82 mm-lik minaatan mərmiləri, 800 ədəd güllə və 400 kiloqram partlayıcı maddə aşkar edərək götürüblər.
Bundan əlavə, polis əməkdaşları rayon ərazisindən 2 ədəd PKM pulemyotu, 4 ədəd avtomat, həmçinin bu silahlara məxsus 2 400 ədəd müxtəlif çaplı güllə, 1 ədəd RPQ-7 qumbaraatanı, 2 ədəd mərmi və 4 ədəd F-1 əl qumbarası aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları da rayonun işğaldan azad edilmiş Güllücə kəndi ərazisində xidmətdə olarkən orada içərisində Ermənistan ordusuna məxsus 447 ədəd avtomat patronu və rabitə vasitələri aşkar edərək götürüblər.








Oxunub : 1952
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ













