Zibil qutularının önündə avtomobil saxlayanlara unikal cəza TƏKLİF OLUNUR - VİDEO

Paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində yol polisi əməkdaşları avtomobilini yolun hərəkət hissəisinin ikinci zolağında saxlayan sürücülərə qarşı tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbir zamanı yolun buraxıcılıq qabiliyyətini azaldan sürücülərlə profilaktik söhbətlər aparılıb. Bəzi sürücülər barəsində isə qanunamüvafiq tədbir görülüb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, avtomobillərin belə park edilməsi yolda sıxlıqla yanaşı, qəza şəraiti üçün zəmin yaradır.
Avtosfer.az saytının rəhbəri nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, inkişaf etmiş ölkələrdə zibil qablarının önündə park edilən avtomobillərin sürücülərini vətəndaşlar özləri cəzalandırır: “Vətəndaşlar zibili qutuların əvəzinə, məhz avtomobillərin üzərinə atır ki, bu da sürücülər üçün bir dərs olur. Sürücülərin bu formada avtomobil saxlaması həm vətəndaşların zibili rahat atmasına, həm də kommunal təsərüfat işçilərinin qutuları təmizləməsinə mane olur. Ümid edirəm ki, xaricdəki “cəza” üsulunu bizim vətəndaşlar da tətbiq edər. Bəlkə bu sürücülərə dərs olar”.
Məhəbbət Tərlanoğlu
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












