"Protiv" sürməyə adət etmiş - 10-AA-947 - VİDEO

Yanvarın 22-də Azadlıq prospektində hərəkətdə olan 10-AA-947 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü 1.3- qoşa xəttin tələbini pozub əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib. Avtosfer.az xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə yayılıb.
Digər sürücülər işıqforda gözlədiyi halda sözügedən avtomobil əks yola çıxaraq hərəkətini davam etdirir.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasına məxsus olan bu avtomobil “protiv” sürməyə adət edib. Belə ki, ötən ilin may ayının 18-də də eyni yerdə sözügedən avtomobilin sürücüsü qarşı yola çıxaraq hərəkətdə olub. Bu barədə Avtosfer.az məlumat da yaymışdı.
Sürücü həmin vaxtı uzaq işıqlardan və avtomobilin ön hissəsinə qanunsuz quraşdırılmış sayrışan işıqlardan istifadə edərək qarşıdan gələn sürücülərə təhlükə yaradıb. Sözügedən avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozan zaman 99-YP-390 qeydiyyat nişanlı YPX avtomobilinin yanından keçib. Lakin həmin əməkdaşlar kobud qayda pozan sürücünü dayandırmayaraq onun pozduğu qaydaya göz yumublar.
Görünür ki, bundan sui-istifadə edən sürücü artıq əks yolla hərəkət etməyi adət halına çevirib.
Videonu yayan şəxs DYP rəhbərliyinə rəsmi qaydada sürücüdən şikayət edib. Ümid edirik ki, yol polisi qayda pozan bu sürücü ilə bağlı müvafiq tədbir görəcək.
Kənan
Biləcəridə sürücü qadının avtomobilini vurub hadisə yerindən qaçdı - REAL VİDEO
Polisdən qaçan sürücü qəza törətdi; sərnişinlə birlikdə maşından düşüb qaçdılar - VİDEO
Piyadalara “zebra”da yol verən sürücü qəzaya səbəb oldu; 4 nəfər yaralandı - VİDEO
Sürücülərin ən çox razı olduğu avtomobillər - SİYAHI
Maşına saxta lidar quraşdıranların məqsədi nədir? – Ekspertdən AÇIQLAMA - VİDEO
Ötmə zamanı iki maşın toqquşdu; 2 nəfər öldü, 2 yaralı var - VİDEO
İllərdir təmir edilməyən yola təcili yardım maşınları da girmir – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Əmrə tabe olmayan "Porsche" sürücüsü qaçmaq istədi - Polis atəş açıb saxladı - VİDEO
Sürücülük dərsi yoxsa “TikTok” şousu? - Təlimçi özünü ifşa etdi - VİDEO
Binədə qaydaları alt-üst edən sürücü maşını əks istiqamətə fırladıb yarışa çıxdı - VİDEO
Sürücülər arasında yol üstündə dava düşdü - Başı ilə şüşəni sındırdı - VİDEO











