3 ay ərzində qayda pozuntularının sayı 400 minə çatır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda yol-hərəkət qaydası (YHQ) pozuntusuna görə 495 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Ötən rüb ərzində avtoxuliqanlıq etdiyinə görə 269, şüşələrinə plyonka və örtüklər çəkilmiş 1553 avtomobil sürücüsü aşkar edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb. Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, 2014-cü ilin 3 ayı ərzində Mərkəzi İnformasiya Sisteminə daxil olmuş 81 075 məlumat əsasında elektron formada protokollar tərtib edilməklə icraya yönəldilib. Ümumiyyətlə, 2014-cü ilin 1-ci rübü ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 395 518 YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 3259, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 74 135, ötmə qaydalarının pozulması üzrə 6974, yolayrıcıların keçilməsi qaydalarının pozulması üzrə 15 041 və sərnişindaşıma qaydalarının pozulması üzrə 901 fakt aşkar ediblər.
2014-cü ilin 1-ci rübü ərzində "Siqnal" İİLİ tərəfindən 11 svetofor obyekti quraşdırılıb, 2603 yol nişanı qoyulub və ya yenisi ilə əvəz edilib, boya ilə küçə və yollarda 116.000 pm cizgiləmə işi aparılıb. Rüb ərzində aparılan yoxlamalar nəticəsində 1116 avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq müvafiq inzibati tədbirlər görülüb. Baş idarənin əməkdaşları tərəfindən 2014-cü ilin 1-ci rübü ərzində 21 038 avtomobil ilkin qeydiyyata alınıb, 18 772 ilkin sürücülük vəsiqəsi verilib.
avtosfer.az
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək
"Bəd xəbəri" özündən əvvəl gələn avtomobillər: Köçürüləcəyi deyilən maşın bazarında son durum - VİDEO











