3500 avroya krossover - SATIŞLAR BAŞLAYIR

“Renoult” şirkəti çox ucuz “Renoult Kwid” markalı «hetcbek» minik avtomobilləri buraxacaq. Bu maşınlar inkişaf etməkdə olan ölkələrdə satılacaq. Ən ucuz avtomobilin satışına əvvəlcə Hindistanda başlanacaq. Onun qiyməti 256 968 rupi və ya 3443 avro olacaq. “Renoult Kwid” modeli 3679 millimetr uzunluğa, 1579 millimetr enə və 2422 mm hündürlüyə malikdir. Başqa sözlə, bu model “Renault Sandero” ilə müqayisədə balacadır. Avtomobilin yerdən hündürlüyü 180 millimetrə çatır ki, buna görə də, «Kwid»i krossover də saymaq olar. “Renoult Kwid” 0,8 lirt həcmli 54 at gücü olan mühərriklə hərəkət edir. Avtomobilin 5 pilləli mexaniki sürət qutusu var. “Renoult Kwid” ucuz model sayılsa da, olduqca yaxşı təmin edilib. Məsələn, onu nisbətən bahalı versiyalarında kondisioner, duman əleyhinə faralar, açarsız daxil olma sistemi, mərkəzi qapanma sistemi, 7 düymlük sensorlu displeyi olan multimedia sistemi, “Blootooth” və təhlükəsizlik yastıqları var. Bütün bu imkanlara malik avtomobil 353 131 rupiyə və yaxud 4731 avroya başa gəlir. Hindistanla yanaşı, “Renoult Kwid” modelinin Braziliya və İranda satılması da nəzərdə tutulub. 2016-cı ildə isə avtomobilin bazarları sırasına Əlcəzair də əlavə olunacaq. Amma onun Avropada satışı planlaşdırılmır. /fins.az/
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur












