650 minlik maşın sürənin atası: «Vertolyotum da var»

Oğlu 650 min manatlıq "Lamborghini”yə sahib olan tikinti maqnatı, "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov "Yeni Müsavat”a vertalyota sahib olmasından danışıb. Avtosfer.az-ın məlumatına görə, İ.Axundov oğlunun bahalı maşına sahib olması ilə bağlı suala belə cavab verib: "Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyatı var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki? Maşın sürüb də. Başqa nə iş görüb?” .
Qeyd edək ki, məsələ ilə bağlı yayılan məlumatlarda bildirilirdi ki, Dövlət İqtisad Universitetinin yaxınlığında görünən bir avtomobil ərazidə olan şəxslərin diqqətini cəlb edib. Yaxınlıqda olan şəxslər bu maşının universitet tələbələrindən birinə aid olduğunu bildiriblər. "Lamborghini Gallardo” markalı bu avtomobilin qiymətinin 650 min ABŞ dolları olduğu bildirilirdi. Qeyd olunurdu ki, həmin avtomobil iş adamı İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsusdur.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










