Alıcılar qənaətcil maşın axtarır – AVTOMOBİL BAZARINDA DƏYİŞİKLİK

Avtobazar 21 Avqust 2015 13:18 Oxunub 2662
Alıcılar qənaətcil maşın axtarır  – AVTOMOBİL BAZARINDA DƏYİŞİKLİK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ən çox alınıb-satılan maşınlar «Mersedes»lərdir

Son bir ildə Azərbaycanda avtomobilini satmaq istəyənlərin sayı bir neçə dəfə artıb. Avtosfer.az xəbər verir ki, bu barədə fins-ə müsahibəsində ölkədə avtomobil satışı üzrə əsas platforma sayılan turbo.az şirkətinin moderatoru Nəzrin Həsənova bildirib.

 

Devalvasiya avtomobil satışlarını artırıb

 

Satışların artmasının dəqiq səbəbi bilinməsə də, sayt təmsilçisi bildirir ki, böyük ehtimalla buna fevraldakı devalvasiya səbəb olub. Devalvasiyadan sonra dolların məzənnəsi artdığına görə, dollarla kredit götürərək avtomobil alan şəxslər kreditdə olan avtomobilləri satmağa çalışıblar: «Çünki əvvəllər məsələn, 400 dollar 290 AZN idisə, indi 430 AZN-dir. Çox güman ki, bəziləri bunu ödəməyə çətinlik çəkdiklərinə görə, avtomobili satmağa çalışıblar». Sayt təmsilçisinin sözlərinə görə, dolların məzənnəsi qalxandancəmi 1 həftə sonra satış elanları kəskin çoxalıb.

 

Elə maşın var 2 saata satılır

 

N.Həsənova bildirib ki, saytda yerləşdirilən avtomobillərin böyük əksəriyyəti tezliklə satılır: «Maşınların azı 70%-i müştəri tapır». Bəzi elanlar isə yerləşdiriləndən cəmi bir neçə saat sonra müştərisi tapılır: «Elə maşınlar var ki, elandan 2 saat sonra satılır». Amma uzun müddət satılmayan avtomobillər də var. Belələri qiymətləri reallığa uyğun gəlməyənlər, yəni həddən artıq baha yerləşdirilənlərdir. Alıcılar belə maşınları almaq istəmirlər.

 

Satışda olan maşınların qiyməti dəyişir

 

Amma satışda olduqları müddətdə də maşınların qiyməti tez-tez dəyişə bilir.Bəzi şəxslər, salonlar və ya digər şirkətlər bazaodakı vəziyətdən asılı olaraq satdıqları maşınların qiymətini 1 həftə və ya 10 gündən bir dəyişirlər.

 

Ən çox alınıb-satılan maşınlar «Mersedes»lərdir

 

Ən çox satılan maşınların siyahısı ənənəvidir. 1-ci yerdə «Mersedes», 2-i yerdə «BMV», 3-cü yerdə «Opel», sonrakı yeri isə «VAZ» şirkətinin avtomobilləri tutur. «Niva»lar dəbdən düşüb N.Həsənova alıcıların tələbatının dəyişdiyini də qeyd edir. Onnu sözlərinə görə, ötən il «VAZ» şirkətinin istehsalı olan «Niva»lar dəbdə idi: «Xüsusilə göy rəngdə olan «Niva»lar çox alınırdı, bəzilərinin qiyməti 19-20 min manata çatırdı». Amma bu il həmin maşanlara tələb azalıb, qiymətləri də enib: «Bu il elə maşınları 8-9 min manata tapmaq olar».

 

İndi alıcılar qənaətcil maşın axtarırlar

 

İndi isə vəziyyət dəyişib. Sayt təmsilçisi bildirir ki, hazırda konkret dəb yoxdur. Alıcılar sərfiyyatı az olan, qənaətcil maşınlar axtarırlar: «Bunlar Hyundai i 10 və ya i20, «Nissan Sunny» və s. ola bilər».

 

Bahalı maşınlar satılmır

 

N.Həsənova bildirir ki, hazırda alıcılar bahalı maşınlar almağa meyl göstərmirlər. Belə ki, qiyməti çox böyük (300 min manatdan artıq) olan avtomobillər saytın bazasında indii də var. Amma belələri ilə maraqlananlar çox deyil. Alıcıları ən çox qiyməti 22-24 min manata qədər olan maşınlar maraqlandırır. Daha da dəqiqləşdirsək, ən böyük tələbat qiyməti 16 min ətrafında olan maşınlaradır. İlinə gəlincə, insanlar 2011-2012-ci il istehsalı olan nisbətən təzə avtomobillərə üstünlük verirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh