Avtomobil almaq istəyənlərə şad xəbər

Avtomobillərin satışında qiymətlərin yenə aşağı düşəcəyi gözlənilir. Avtosfer,az-ın məlumatına görə, bunu trend-ə açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramlı bildirib. 2015-ci ilin birinci yarısında qiymətlərin 6 faizə qədər azaldığını deyən ekspertin sözlərinə görə, bunun bir neçə səbəbi var: “Əsas səbəblərindən biri məhz avtomobil kreditləri ilə bağlı şərtlərin ağırlaşdırılması və maşınların satışında ilkin ödənişin artırılmasıdır. Hazırda yeni avtomobillərin kreditlə satışı ən azı 40 faizdir. 30 min manata avtomobil alan şəxs ən azı 12 min manat ilkin ödəniş etməlidir. Köhnə avtomobillər üçün ilikin ödəniş 60, hətta bəzi hallarda 80 faizdir. İlkin ödənişin çox olması avtomobil kreditlərindən istifadəni xeyli məhdudlaşdırır. Bu da öz növbəsində təbii ki, bazarda tələbatın azalmasına və durğunluğa gətirib çıxarır”.
2015-ci ilin sonuna qədər avtomobillərin satışının 8 faizə qədər azalacağını deyən V.Bayramlı buna “Avro 4” standartının tətbiqinin təsirini də istisna etmir. Onun sözlərinə görə, köhnə və ucuz avtomobillərin Azərbaycana gətirilməsinin qadağan olunması bu sahəyə tələbatı azaldıb: “Həm “Avro 4”, eyni zamanda “Avro 3”, “Avro 2” və “Avro1” standartlı avtomobillərin qiymətlərində azalma var. Bu baxımdan 2015-ci ilin birinci yarısında avtomobil bazarında durğunluq olub, ikinci yarısında da tələbatın aşağı olacağı gözlənilir”.
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










