Avtomobil biznesində geriləmə davam edir

2014-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycana 38 338 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verilir ki, Bu da, ötən ilin anoloji dövrü ilə müqayisədə 34,2 faiz azdır. Belə ki, ötən ilin 7 ayı ərzində Azərbaycana 58 258 avtomobil gətirilib. Yanvar-iyul ayları ərzində 198 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri (avtobuslar), 34 618 ədəd minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 3263 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri və 259 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub. Bu ilin 7 ayı ərzində minik avtomobillərinin idxalı 34,3 faiz, yük avtomobillərinin idxalı isə 27,3 faiz azalıb.Yanvar-iyulda ötən ilin müvafiq dövrü ilə müqayisədə avtobusların idxalı 63,5 faiz, xüsusi təyinatlı avtomobillərin idxalı isə 297 ədəd və ya 53,4 faiz azalıb.
Qeyd edək ki, avtomobil idxalının azalması Avro 4 standartına keçid və kreditlərin sərtləşdirilməsi ilə bağlıdır.
Emin
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










