Avtomobillərin icbari sığortası ilə bağlı ödənişlər 20 faiz azalıb

Bu ilin avqust ayı ərzində Azərbaycanda “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 483 sığorta tələbi üzrə 1,9 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə "report"un İSB-yə istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta tələblərinin sayında 20,4%, sığorta ödənişlərinin məbləğində isə 19,8% azalma müşahidə edilib.
Hesabat ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 213 manat təşkil edib.
Sığorta ödənişlərinin 1 665,2 min manatı nəqliyyat vasitəsi, 32,8 min manatı əmlaka, 61 min manatı sağlamlığa dəyən zərər, 140 min manatı şəxsin ölümü ilə bağlı olub.
Avqust ayında İSB tərəfindən 10 kompensasiya tələbi üzrə 34 263 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət










