Avtomobillərin sığorta haqqı yeni qayda ilə hesablanacaq

Azərbaycanda kasko sığorta tarifləri yeni qayda ilə hesablanacaq. Avtosfer.az xəbər verir ki, bu barədə fins.az-a açıqlamasında ASA-nın sədri Orxan Bayamov bildirib. Belə ki, artıq bununla bağlı Dövlət Sığorta Nəzarəti Xidməti, Azərbaycan Sığortaçılar Assosasiyası Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin aktuari ilə birgə müzakirələr aparır.
“Sığorta tariflərinin aşağı verilməsi sonrakı ödənişlərdən imtina hallarına səbəb olur”
O.Bayramov bildirir ki, əsas məqsəd ondan ibarətdir ki, kasko sığortanın satışı hər bir sığorta şirkətinin portfelinə uyğun hesablanan tariflərlə həyata keçirilsin. Belə ki, sığorta şirkətləri kasko ilə bağlı tarifləri ümumi bazara uyğun müəyyənləşdirirdilər. Bir şirkət digər sığorta şirkəti rəqabətə görə kasko sığortanı dəyərindən aşağı satır. Bu isə bəzi şirkətlərdə zərərliliyin artmasına və sığorta ödənişləri ilə bağlı müəyyən problemlərin yaranmasına səbəb olur.
Lakin artıq kasko sığorta ilə bağlı tariflərin hər bir şirkətin portfelinə uyğun riyazi hesablamalara əsasən müəyyənləşdirilməsi buna imkan verməyəcək. Məsələn, aktuari sığorta şirkətinin portfelinə əsasən orta tarifi 2,5% müəyyənləşdiribsə, kasko sığortanın 1,5 % və ya 1,7 % tariflə satılmasına görə izahat verməli olacaq. Artıq rəqibdən irəli düşmək üçün aşağı tariflə sığortalamaq olmayacaq. O.Bayramov hesab edir ki, bu amil kasko sığorta bazarında rəqabət mühitinin daha ədalətli olmasına şərait yaradacaq: “Əsaslandırılmış tarif sığorta şirkətlərini zərərliliyin aşağı salınması ilə bağlı tədbirlərin görülməsinə məcbur edəcək. Bunun üçün də şirkətlər işin aparılması xərclərini azaldacaq və elekton xidmətlərdən istifadə edəcək”.
“Yeni qayda tarifləri stabilləşdirəcək, ödəniş problemini xeyli azaldacaq”
Tariflərin hər bir şirkətin portfelinə uyğun riyazi hesablamalarla müəyyənləşdirilməsi sığorta bazarında avtomobilin könüllü sığortasının qiymətlərini stabilləşdirəcək. O.Bayramovun sözlərinə görə, könüllü avtomobil sığortasında tariflərin stabişləşməsi və riyazi hesablamalara söykənməsi eyni zamanda sığorta ödənişləri ilə bağlı problemlərin xeyli azalmasına təsir edəcək:“Bu addım bütün sığorta bazarının kasko portfelini sağlamlaşdıracaq.Sığorta şirkətlərinin ödəniş qabiliyyəti artacaq.”O bildirir ki, bunda əsas məqsəd sığorta tariflərini qaldırmaq deyil, sığorta ödənişlərin problemsiz etməkdir.
“Şirkətlərin müəyyən etdiyi tariflər əsasında müzakirələr davam edəcək”
Birgə keçirilən görüş zamanı bildirilib ki, sığorta şirkətləri bu metodika ilə öz portfellərinə uyğun olaraq orta tarifi çıxarmalıdır. Və oktyabr ayının əvvəlində növbəti görüş zamanı bu tariflər əsasında müzakirələr davam etdiriləcək.
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO










