“AvtoVAZ” avtomobillərinin qiymətini artırır

Azərbaycan Rusiya avtomobil istehsalçısının əsas satış bazarlarından biridir. Avqustun 1-dən “AvtoVAZ” bir sıra “Lada” modellərinin qiymətini artıracaq. Şirkətin mətbuat xidmətindən bildiriblər ki, artım 4%-dən ibarət olacaq. ““Lada”nın ən məşhur - Granta, Kalina (Cross ailəsi istisna olmaqla) və Lada 4x4 modelləri bahalaşacaq”, - şirkətin nümayəndələri jurnalistlərə bildirib.
Qiymətlərin artımını belə izah ediblər: “AvtoVAZ”da birinci yarım il üçün gəlir keçən il ilə müqayisədə 2,2% azalıb. Şirkətin məsrəfləri isə Rusiya mühasibat hesablama standartlarına görə, 6,6 milyard rubldan ibarət olub.
Yeri gəlmişkən, “AvtoVAZ” əsas sahibi Renault-Nissanın diller şəbəkəsi vasitəsilə xaricdə avtomobil satışına başlaya bilər. İndi “Lada”lar əsasən Qazaxıstana, Azərbaycana və Ukraynaya tədarük edilir.
“AvtoVAZ” öz məmulatlarını Avropada satışa çıxarırdı, amma keçən ilin payızında texniki standartlara müvafiq olmaması ucbatından ixracı dayandırdı.
Çin maşını almaq istəyənlərin diqqətinə! – Daha bu avtomobillər ölkədən çıxarılmayacaq
Yeni məcburiyyət: Bu maşınlar ucuzlaşır
Azərbaycanda avtomobil almaq çətinləşir? - FOTO
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - FOTO
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...












