Azərbaycana avtomobil gətirilməsi kəskin azaldı – SƏBƏB - VİDEO

Ölkəyə xaricdən gətirilən avtomobillərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Avtomobil satışı ilə məşğul olan şəxslər bu azalmanın əsas səbəbini ölkədə "Avro-4" ekoloji normalarının tətbiq edilməsi ilə əlaqələndirirlər. Avtomobil idxalının azalmasına ən çox sevinənlər isə ekoloqlardır.
Xaricdən idxal olunan avtomobillərin sayı kəskin şəkildə azalıb. Əgər ötən ilin ilk 6 ayı ərzində xaricdən 34 min 359 avtomobil idxal olunmuşdusa, bu ilin ilk 6 ayında bu rəqəm cəmi 17 min 640 ədəd olub.
Avtomobil satışı ilə məşğul olanlar idxalın kəskin şəkildə azalmasının əsas səbəbilərindən biri kimi ölkəmizdə "Avro-4" standartının tətbiq olunmasını göstərirlər. Onlar bildirirlər ki, xarici ölkələrdə "avro-4" ekoloji normalarına cavab verən avtomobillər nisbətən baha olduğuna görə, bu avtomobilləri ölkəyə gətirməyə maraq az olur
İdxalın azalmasının digər bir səbəbi isə ölkədə avtomobil bazarındakı durğunluq ilə bağlıdır.
Avtomobil idxalının azalmasına isə ən çox ekoloqlar sevinirlər. "Avro-4" normalarına cavab verməyən avtomobillər ekoloji baxımdan zərərli olduğu üçün ekoloqlar idxalın minumuma endirilməsini ekoloji cəhətdən məqsədəuyğun hesab edirlər.
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət










