Azərbaycana "Lada Vesta" gələcək

Rusiyanın avtomobil istehsalçısı "AvtoVAZ" Yekaterinburqda keçirilən "İnnoprom-2015" sənaye yarmarkasında özünün yeni "Lada Vesta" modelini təqdim edib. Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni avtomobilin kütləvi istehsalına sentyabrda, satışına isə noyabrda başlanılacaq.
"AvtoVAZ"ın təmsilçisi Aleksandr Bredixinin sözlərinə görə, "Lada Vesta" bütün tələb və standartlara, o cümlədən təhlükəsizlik və ekologiya standartlarına uyğundur. Avtomobil Rusiya istehsalı olan komponentlərdən istifadə etməklə ərsəyə gətirilib və ilk növbədə daxili bazar üçün nəzərdə tutulub.
Avtomobilin klassik, komfort və lüks komplektasiyalarda buraxılması nəzərdə tutulub. Onun mühərrikinin gücü komplektasiyadan asılı olaraq 87-114 at gücündə olacaq. Maşının sürət qutusuna gəlincə isə, həm mexaniki, həm də avtomatik sürət qutusuna malik avtomobilin buraxılması planlaşdırılır.
Yeni model Rusiya ilə yanaşı, digər MDB ölkələri – Qazaxıstan, Ukrayna, Belarus, eləcə də Azərbaycan bazarına çıxarılacaq.
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət










