Azərbaycanda avtomobil istehsalı 5 dəfə artıb

Bu ilin 8 ayı ərzində ölkədə 180 yük maşını istehsal olunub. Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 1771 minik avtomobili istehsal olunub. Avtosfer.az-ın anspress-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumatına görə, bu rəqəm 2013-cü ilin analoji dövründə qeydə alınan göstəricini 5,4 dəfə üstələyir.
Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 424 minik maşını istehsal olunub. Bu, 2012-ci ilin göstəricisindən 21,8 faiz azdır. Statistik məlumatlarda qeyd olunur ki, bu ilin 8 ayı ərzində ölkədə 180 yük maşını istehsal olunub. Bu, ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 22,4 faiz çoxdur. 2013-cü ildə Azərbaycanda 246 yük maşını istehsal olunmuşdu ki, bu da 2012-ci ilin göstəricisini 52,8 faiz üstələyib. Bundan başqa, hesabat dövründə ölkədə 874 traktor istehsal edilib ki, bu da 2013-cü ilin müvafiq dövründə qeydə alınan göstəricidən 2 dəfə çoxdur. 2013-cü ildə Azərbaycanda 739 traktor istehsal edilmişdi. Bu, 2012-ci ildə qeydə alınan göstəricidən 19,6 faiz çoxdur.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










