Azərbaycanda avtomobil sahiblərinin yarısı icbari sığortadan yayınır

Azərbaycan bazarının cəmi 55%-i avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə əhatə olunub. Bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev Bakıda keçirilən VI Azərbaycan Sığorta Forumunda çıxışı zamanı deyib. Bununla yanaşı, E.Quliyev deyib ki, bu növ sığorta ilə əhatə olunan avtomobillərin sayının artmasını gözləyir. "Azərbaycanda icbari sığortadan yararlanmayan sürücülərə qarşı tətbiq olunan cərimənin məbləği 10 manatdan 50 manata qaldırıldı. Bu səbəbdən müsbət nəticə əldə etdik. Amma cərimə o qədər də yüksək deyil. Məsələn, Fransada cərimənin məbləği 3750 avro, qonşu Qazaxıstanda 200 dollardır. Gördüyünüz kimi, bizdə cərimənin məbləği o qədər də yüksək deyil", - deyə İSB rəhbəri qeyd edib. E.Quliyev əlavə edib ki, bu növ sığortaya sahib olmayan avtonəqliyyat vasitəsi sahiblərinin xəbərdarlıq prinsipi də qaneedici səviyyədə deyil.
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət










