Azərbaycanda avtomobillər ucuzlaşıb? – EKSPERTDƏN AÇIQLAMA

Avtomobil bazarında son illər ilk dəfə qiymət azalmaları müşahidə olunub. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Avtosfer.az xəbər verir ki, mərkəzin keçirdiyi monitorinqə əsasən, ucuzlaşma əvvəlki dövrdə taksi kimi istifadə edilən bir sıra avtomobillərin kütləvi satışa çıxarılması ilə bağlıdır. 10 min manatadək olan avtomobillərin qiyməti aprel ayında 8.2 faiz azalıb. Amma Ai-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da, həmin avtomobillərin qiyməti dəyişməyib.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, ümumiyyətlə Azərbaycanın avtomobil bazarında qiymətlərin kəskin enməsi müşahidə edilmir: “Bir seqment avtomobillərin qiymətində azalma var. Onların qiyməti də təxminən 5-10 faiz ucuzlaşıb. Yeni avtomobillərin qiyməti isə enməyərək, stabil qalıb”.
Ekspert vurğulayıb ki, Azəarbaycanın avtomobil bazarı olduqca aktiv bazardır: “Qiymətlər özü tənzimlənir. Dünyanın müxtəlif ölkələrindən avtomobillər gətirilir. Bu səbəbdən qiymətlərdəki dəyişikliklərin mənfi və ya müsbət cəhətləri olmayacaq”.
Məhəbbət Tərlanoğlu
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










