Azərbaycanda elektrik avtomobillərinin satışına daha bir təkan

“İmprotex Motors” şirkəti gələn ilin yazına qədər elektrik enerjisi ilə işləyən BMW avtomobillərinin satışına başlamağı planlaşdırır. Avtosfer.az “marja”-ya istinadən məlumatına görə, bunu Şirkətin direktoru Həsən İsmayılov bildirib. “Biz 2016-cı ilə qədər satış və texniki xidmət üçün hazırlıq işlərini aparacağıq. Gələn ilin yazından artıq BMW-nin elektromobilləri olan i3 və i8 modellərini müştərilərə təklif etmək imkanımız olacaq. Hələlik BMW-nin elektrik enerjisi ilə işləyən modelləri yalnız Avropa bazarında satılır, Çin kimi bazara belə verilmir”,- o deyib.
Həsən İsmayılov qeyd etdi ki, bu avtomobillərin enerji doldurması problem olmayacaq: “GreenCar” elektrik nəqliyyat vasitələrinin satış və xidmət mərkəzinin və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) birgə layihəsi üzrə Bakı şəhərində və magistral yolların bir çoxlarında quraşdırılan enerji doldurma cihazları universaldır. BMW avtomobilləri üçün də həmin stansiyalardan istifadə etmək olar”.
Qeyd edək ki, “İmprotex Motors” şirkəti BMW, “Rolls-Royce”, “MİNİ”, “Alpina” və BMW motosikllarının Azərbaycanda rəsmi idxalçısıdır.
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət










