Azərbaycanda işlənmiş avtomobillər Almaniyadan bahadır

Alman avtomobil sənayesi işlənmiş avtomobil bazarının yarısını tutur. Rus avtomobilləri isə işlənmiş maşınların arasında az təmsil olunurlar.
Avtosfer.az xəbər verir ki, bu barədə pulsuz elanlar “Sovde” saytının analitikləri Azərbaycanda təkrar avtomobil bazarı barədə araşdırma apardıqdan sonra bildiriblər.
Bütün işlənmiş avtomobillərin satış elanlarının üçdə birindən çoxu “Mercedes”in üzərinə düşür. Bu zaman təkliflərin əsas hissəsi – sedanlar “C-klass”a olur. Həmçinin “BMW”, “Opel” və “Volkswagen” avtomobilləri Azərbaycanda məşhurdur. Ümumi olaraq bütün alman avtobrendləri təkrar bazarın yarıdan çoxusunu saxlayırlar.
Lakin “almanları” tədricən “yaponlar” və “koreyalılar” sıxışdırırlar. Belə ki, elanların 20%-i “Hyundai” və “KİA”nın payına düşür.
Maraqlıdır ki, Azərbaycanda təkrar avtomobil bazarı nisbətən bahalıdır. Belə ki, satışa çıxarılan minik avtomobilinin orta qiyməti 12 000 manat təşkil edir, təqribən 12 000 dollara uyğundur. Bu, xeyli bahadır. Məsələn, zəngin Avropa ölkələrinin birində, Almaniyada, maşının orta qiyməti 10 000 dollardan çox deyil, yoxsul birində isə - Ukraynada, təxminən 7 000 dollar təşkil edir.
Ən yüksək qiymətlər Azərbaycanda işlənmiş “Lexus” (50 000 manat), “Toyota” və “Land Rover” markalı avtomobillərədir (təxminən 30 000 manat). Ən ucuz məşhur brend isə “Opel”di, bu markadan olan avtomobilləri orta hesabla 6 500 manata satırlar.
Yeri gəlmişkən, Azərbaycan təkrar bazarında avtomobillərin üçdə birinin 15 000 manatdan çox qiyməti var, halbuki büdcə təkliflərində 5 000 manata qədər yalnız 10% elanlara rast gəlinir.
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət










