Azərbaycandan Qazaxıstana yük maşınlarının dənizlə daşınması kəskin artıb

Ötən ilin dekabr ayında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmiləri ilə Bakı-Aktau (Qazaxıstan) istiqamətində 566, 2016-cı ilin ilk 7 günündə isə 255 yük maşını daşınıb. Cəmiyyətdən verilən xəbərə görə, 2015-ci ilin yanvar-noyabr aylarında Bakı-Aktau istiqamətində ayda orta hesabla 60 yük maşını daşınırdı ki, bu da 10 dəfədən çox artım deməkdir. "Ələt limanında yük avtomobillərinin sıxlığının tam aradan qaldırılması istiqamətində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi tərəfindən ardıcıl tədbirlər görülməkdədir. Qış aylarında hava şəraitinin çətinliyinə baxmayaraq, gəmilərin əlavə səfərləri təşkil edilir, ehtiyatda olan gəmilər istismara qaytarılır. Belə ki, dekabrın ortalarından keçən müddətdə əlavə 3 bərə - “Akademik Topçubaşov”, “Qarabağ” və "Professor Gül" gəmiləri istismar ehtiyatından çıxarılaraq yükdaşımalara cəlb edilib. Yaxın günlərdə daha bir gəmi – "Merkuri-1" müvafiq texniki işlərdən sonra istismara buraxılacaq", - deyə şirkətdən bildirilib. "Hazırda Bakıdan Aktau və Türkmənbaşı (Türkmənistan) istiqamətlərində 11 bərə və 2 "ro-ro" gəmisi işləyir. Görülmüş tədbirlər nəticəsində Aktau limanında yük maşınlarının sıxlığı tam aradan qaldırılıb, Ələt limanında isə avtomobillərin yükləməni gözləmə müddəti yarıbayarı azalıb", - deyə Xəzər Dəniz Gəmiçiliyindən əlavə ediblər.
Xatırladaq ki, bərə və "ro-ro" gəmilərinin səfərləri barədə məlumatlar onlayn rejimdə Gəmiçiliyin veb-saytında (www.acsc.az) mütəmadi olaraq yerləşdirilir.
Fidan
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










