Azərbaycanın avtomobil bazarında qiymət artımı davam edir

“Bu ilin yanvar ayında Azərbaycanda avtomobil satışlarında ötən ilin dekabr ayına nisbətən 20 % artım olub”.
Bu barədə Avtosfer.az-a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, bazarda əsas tələb mühərrik həcmi 2 min kubsantimetr olan krossoverlərə olub:
“Həmçinin hibridlərə böyük maraq var. Yanvar ayında da Azərbaycana gətirilən həm köhnə, həm də yeni hibrid avtomobillərin sayı artıb.
Ölkəyə benzin və dizellə çalışan avtomobillərin gətirilməsi də davam edir. Mühərrik həcmi 3 min kubsantimetrdən yüksək olan yeni avtomobillərinin qiyməti də yüksəlib. Bu, Azərbaycana xaricdən gətirilən avtomobillər üçün aksiz vergisinin artırılması ilə bağlıdır”.
Ekspert bildirib ki, bazarda yeni hibrid və elektromobillərin qiyməti enib:
“Bu da dövlətin tətbiq etdiyi ölkəyə idxal olunan hibrid və elektromobillərin ƏDV-dən azad olunması ilə bağlıdır. Hazırda rəsmi diler və distrübyuterlərin satdığı ekoloji təmiz avtomobillərin qiyməti enib. Bununla yanaşı qlobal istehsalçılar yeni avtomobillərin qiymətini 2-5 % civarında yüksəldib. Odur ki, Azərbaycanda orta hesabla yeni avtomobillərin qiymətində yenə də 5 %-lıq artımının olduğunu deyə bilərik. Mühərrik həcmi 3 min kubsantimetdən yüksək olan avtombillərin qiyməti daha çox yüksəlib. İkinci əl avtomobillərin qiymətində də təqribən 5 %-lıq artım var".

Ekspert hibrid avtomobillərə marağın böyük olduğunu qeyd edib:
“Sadəcə hibridləri istehsal edən iri şirkətlərdə müəyyən zamanlarda dayanmalar müşahidə edildi. Mart ayına qədər zavodlarda istehsal prosesi ləngiyir. Martdan sonra istehsalın artacağı gözlənilir. Avtomobil istehsalçıları yarımkeçirici çiplərin çatışmazlığı problemini yaşayır. Ona görə də hibridlərin istehsalında bir qədər ləngimə var və ölkədə hibridlərin az da olsa defisiti yaranıb”.

Qeyd edək ki, ölkədə yeni avtomobillərin satışı əsasən rəsmi diler və distrübyuterlər vasitəsilə, köhnə avtomobillərin satışı isə Badamdar, Sumqayıt, Bərdə kimi avtomobil bazarlarında həyata keçirilir. Bununla yanaşı avtomobil alıcıları alqı-satqı saytlarına da üz tutur. Həmin saytlarda daha çox ikinci əl "Mercedes", "Hyundai", "Toyota", "Opel" kimi avtomobil modelləri satışa çıxarılır. Müşahidəmizə əsasən, bu saytlarda buraxılış ili və digər göstəricilərindən asılı olaraq "Mercedes C 240" markalı avtomobillərin qiyməti 7 000-16 000 manat, "Toyota Prius" markalı avtomobillərin qiyməti 6 000-15 000 manat, "Hyundai Accent" markalı avtomobillərin qiyməti isə 3 000-16 000 manat arasında dəyişir.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











