Bakıda 3700 manata «Mersedes – E 320» satışa çıxarıldı – SİYAHI

Əmlak Məsələləri Dövlət Komitəsi iyulun 21-də hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. Avtosfer.az xəbər verir ki, iyulun 21-də keçiriləcək hərraca 24 ədəd avtomobil çıxarılacaq. Hərracda ən köhnə avtomobil 1987-ci il istehsalı olan «Traktor T-40» 445 manata, ən yeni avtomobil (2005-ci il istehsalı) «QAZ-31105-120» isə 1784 manata auksiona çıxarılacaq.
Bundan əlavə, 1993-cü il istehsalı olan «Mercedes Benz E 320» start qiyməti 3778 manat, 1998-ci il istehsalı olan «Nissan Maxima» 1463 manata hərraca çıxarılacaq.
Qeyd edək ki, hərracda «Traktor MTZ-80», «ZİL-MMZ» və «QAZ» markalı avtomobillərin müxtəlif növləri də yer alacaq.
Xatırladaq ki, «Nissan Maxima» 5-ci dəfə 50% endirimlə hərraca çıxarılacaq.
Məlumat üçün bildirək ki, Bakının avtomobil bazarında 1998-ci il istehsalı olan «Nissan Maxima»nın qiyməti 2 500 dollar və ya 2 620 manatdır.
Elmin
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










