Bakıda 976 manata «Hyundai» satışa çıxarılır - SİYAHI
Dekabrın 1-də Əmlak Məsələləri Dövlət Komitəsi avtomobil hərracı keçiriləcək. Komitədən Avtosfer.az-a verilən məlumata görə, hərraca 5 nəqliyyat vasitəsi çıxarılması nəzərdə tutulur. Avtosfer.az hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını təqdim edir:
NV markası - Buraxılış ili Start qiyməti(manatla) 10 % beh
1- «VAZ-21074» 1999 967 97
2- «UAZ-31519-017-10» 2004 1762 176
3 - «QAZ-31105-120» 2004 1387 139
4. «VAZ-21043» 2007 1960 196
5. «Hyundai H 100-12» 1996 976 98
Qeyd: 5-ci sətirdə qeyd edilən nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərrac çıxarılır.
Qeyd: Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır: Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd; Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda - AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.
(Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi - http://emdk.gov.az)
Fidan