Bakıda avtobus sürücüləri bunu da edir - FOTO

Bakıda sərnişin avtobusu sürücülərinin özbaşınalıqları davam edir. Bu barədə sosial şəbəkələrdə kütləvi şəkildə video və fotolar paylaşılır. Paylaşılan fotolardan birində 69 saylı sərnişin avtobusunda sərnişinlərin qapılardan salnması görünür. Fotodan göründüyü kimi, “Daewoo” markalı iritutumla sərnişin avtobusu o qədər sərnişinlə dolub ki, insanlar artıq avtobusun qapılarından sallanıb. Bu səbəbdən avtobusun hər 3 qapısı açıq şəkildə hərəkət edir.
Əslində isə Yol Hərəkəti Haqqında qanuna görə, sərnişin avtobusları hərəkət edərkən həddindən artıq sərnişin daşıya bilməz. Qanunun başqa bir maddəsində isə avtobusların hərəkəti zamanı qapıları açıq saxlamaq qadağan edilir.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, belə hadisələrlə mübarizə aparılmasına baxmayaraq hələ də, özbaşınalıq edən sürücülər var. DYP rəisi bir daha sürücülərə müraciət edərək bildirdi ki, avtobus sürücüləri daha diqqətli olmalıdırlar: “Onlar ən azı düşünməlidirlər ki, hansısa bədbəxt hadisə baş verəcəksə neçə ailədə göz yaşları axacaq”.
Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov isə ANS press-ə avtobusların belə özbaşınalıqlarının yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, nəqliyyat departamenti həmişə belə qanunsuzluqlarla mübarizə aparır. Belə sürücülər ən ağır şəkildə cəzalandırılır. Sahibkar cərimələnir.
Qeyd edək ki, sərnişin avtobusların bu və digər özbaşınalıqlarla qarşılaşan vətəndaşlar Nəqliyyat Nazirliyinin qaynar xəttinə müraciət edə bilər. Bundan başqa, bu tipli hadisələrlə qarşılaşan oxucularımız, baş verən hadisəni video və foto şəkildə qeydə alaraq, bizimlə əlaqə yarada bilər. Ümid edirik ki, həyatımızı və sağlamlığımızı təhlükə altına salan bu problemin həllində hamımız iştirak edəcəyik. Çünki baş verə biləcək hansısa bədbəxt hadisədə ola bilsin biz özümüz, yaxud da yaxınlarımız olsun.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur











