Bakıda "BMW-X5" cəmi 9500 manata satıldı
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) noyabrın 17-də keçirilən hərracda satılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. Avtosfer.az xəbər verir ki, Komitədən verilən məlumata görə, ümumilikdə 9 avtomobil satılıb. Belə ki, 2006-cı il istehsalı olan BMW X5, BMW 320 I, BMW 320 I, müvafiq olaraq 9582 manat, 4272, 4272 manata satılıb. Bundan başqa, komitədən bildirilib ki, 2005-ci il istehsalı olan Mercedes Benz E 240 avtomobili 6117 manata, 2007-ci il istehsalı olan Nissan Sunny, Tofaş Doğan isə müvafiq olaraq, 2966 və 2287 manata satılıb. “2004-cü il istehsalı olan UAZ-31519-017 1762 manata, 2000-ci il istehsalı olan Nissan Maxima 2610 manata, 2002-ci il istehsalı olan Tofaş Doğan isə 1812 manata alınıb”, - deyə komitədən qeyd edilib.
Qeyd edək ki, satılan bütün avtomobillərin start qiyməti ilə satış qiyməti eyni olub.
Məlumat üçün bildirək ki, Bakının avtomobil bazarında 2006-ci il istehsalı olan BMW X5 qiyməti 19 500 dollar, 2007-ci il istehsalı olan Tofaş Doğanın qiyməti 5000 dollar, 2007-ci il istehsalı olan Nissan Sunny-nin qiyməti 6500 dollardır.
Emin