Bakıda bu avtomobilləri alan tapılmır
Bəzi avtomobil şirkətləri satışların azaldığını etiraf etməyə başlayıblar. Avtosfer.az fins-ə istinadən xəbər verir ki, avtomobilin kreditlərinin məhdudlaşdırılması, daha sonra manatın ucuzlaşması avtomobil biznesinə də ciddi təsir göstərib. Avtomobil bazarındakı böhran “Fiat” avtomobillərindən də yan keçməyib. Bu avtomobillərin Azərbaycanda rəsmi dilleri “Autouniversal” şirkəti satışları 50%-dən çox azaldığını bildirir. Şirkətdən verilən məlumata görə, “Fiat”ların qiyməti Azərbaycanda Avropadan da ucuz satılır.
Hətta qazanc yeri olmadığından rəsmi dillerdən başqa bazarda bu avtomobili satan tapılmır. Şirkət satışları artırmaq məqsədilə gəlirləri maksimal olaraq aşağı salıb: “Qazanc götürülə bilməyən, gülünc bir marja ilə işləyirik. Məsələn, “Fiat 500 L” avtomobilinin maya dəyəri 25 500 manat olduğu halda onu 27 min manata satırıq. Bu da heç maliyyə xərclərini ödəməyə kifayət etmir”. “Autouniversal” şirkətindan bildirirlər ki, 2-3 %-dən aşağı gəlirlə işləmək mümkün deyil. Vəziyyətdən çıxış yolu olaraq alıcılıq qabiliyyəti artmalıdır. Bunun üçün avtomobil kreditlərində ilkin ödəniş faizlərinin aşağı salınmasına ehtiyac var: “Dünyanın heç bir ölkəsində ilkin ödənişin 50 % olduğu avtomobil krediti yoxdur. Avtomobil kreditlərində ilkin ödəniş faizinin aşağı salınması avtomobil bazarında canlanma yarada bilər”. Digər tərəfdən hazırki durumda bankların vəziyyəti də başa düşüləndir. Avtomobili alıb krediti ödəməmək qorxusu əlavə risk yaratdığından banklar hələlik buna getmirlər.