Reklam

Bakıda firma maşınlarının törətdiyi qəzalar – VİDEO

Avtobazar 2 İyul 2014 01:51 Oxunub 2749
Bakıda firma maşınlarının törətdiyi qəzalar – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Firma maşını sürənlərin əməlləri eynən avtobus sürücülərinə bənzəyir…

Müxtəlif firmaların məhsullarını səyyar şəkildə satmaqla məşğul olan yük maşınları Bakıda çox ciddi problemlər yaradırlar. Avtosfer.az-ın təqdim etdiyi videodaya baxıb dəqiq nəticə çıxarmaq olar.

Yol kənarlarındakı marketlərin qarşısında yer olsa da, olmasa da, bu yük maşınları harada istəsələr saxlayıb marketlərə yük boşaldırlar. Onların ucbatında darısqal yollarda saatlarla tıxac yaranır. Üstəlik, firma maşınlarını sürənlərin əksəriyyətinin bu maşınları idarə etməyə hüququ çatmır. Çünki sürücülük vəsiqəsində müvafiq kateqoriya yoxdur. Təcrübəsizlik və sürücülük mədəniyyətinin aşağı olması sonda yollarımızda ciddi problemlərə gətirib çıxarırır. Firma maşını sürənlərin əməlləri eynən avtobus sürücülərinə bənzəyir…

Avtosfer.az saytı bu dəfə Bakıda həmin firma maşınlarından ikisinin iştirakı ilə baş vermiş yol qəzalarının videosunu təqdim edir. DİN-in «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu görüntülərdən birincisində günah minik avtomobilinin sürücüsündədir. Çünki o, yük maşını dairədə hərəkətdə olduğu üçün yol verməli idi. Lakin burada bir məqam da var ki, firma maşını «Mersedes»in sürücüsünü çaşdırır. O, əvvəlcə sola dönmək istəyir, buna görə də minik maşını hərəkətə başlayır, lakin firma maşını qəflətən sürəti azaldaraq sola dönür ki, bu da qəzaya səbəb olur.

Digər videokadrlarda isə firma maşınlarının iştirakı ilə zəncirvari qəzanın şahidi oluruq. Ara məsafəsi saxlamayan hər iki firma maşını qəzanın başlıca səbəbkarıdır. Qarşıdakı firma maşını qəfil tormozlama etdiyi üçün arxadakı maşının sürücüsü diqqətsizlik edir və toqquşma baş verir. Zərbənin təsirindən qarşıdakı maşın özündən qabaqdakı maşınla normal ara məsafəsi saxlamadığı üçün bir az hərəkət edərək ona çırpılır. Qəzaya səbəb olan arxadakı yük maşınının ardınca gələn minik maşını da ara məsafəsi saxlamadığı üçün toqquşma baş verir. Beləliklə, iki firma maşınının iştirakı ilə zəncirvari qəza baş verir. Qəzadan sonra isə həmişə olduğu kimi, heç kim yolu boşaltmır. Qəza törədənlər və ətrafdakı insanlar maşınların başına toplaşıb müzakirəyə başlayırlar. Bununla da, uzun-uzadı tıxac yaranır.

Videonu təqdim etməkdə başlıca məqsəd firma maşınlarının və ara məsafəsi saxlamayan sürücülərin baxıb nəticə çıxarmasıdır. Elə qəza törədib saatlarla tıxac yaradanlara da bu videonu aid etmək olar…

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh