Bakıda nəqliyyat sərgisi açılır
Bu gün Bakıda 13-cü Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika (“TransCaspian” 2014) və 4-cü Xəzər Yol infrastrukturu və İctimai Nəqliyyat (“Road and Traffic”)sərgisi keçirilir. “TransCaspian” və “Road and Traffic” sərgilərində dünyanın 16 ölkəsindən 104 şirkət iştirak edir. İştirakçıların ümumi sayının 50 %-ni isə xarici eksponentlər təşkil edir. “TransCaspian” sərgisində “Access Trans”, “Alstom Transport”, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC,Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Latviya Dəmir Yolları, Gürcüstan Dəmir Yolları, LDZ Cargo, “BM Nəqliyyat”, “EGT Express”, “GA Logistics”, “Liebherr”, “Murphy Shipping LLC”, “Rosen International Logistics CO.”, “L-expresis”, “AztransOil”, “TransQafqaz Transport”, “Transmashholding” və nəqliyyat sahəsində fəaliyyət göstərən bir çox digər şirkətlər iştirak edirlər.
“Road and Traffic” sərgisində isə yol-tikinti, ictimai nəqliyyat, yol hərəkətinin təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarında fəaliyyət göstərən 100-dən çox şirkəti öz meydançasında bir araya gətirir. Bu sərgi sahə mütəxəssislərinə avtomobil yollarının, habelə körpü və tunellərin layihələndirilməsi, tikintisi və təmiri üzrə texnoloji və texniki həll variantlarını təqdim edir. Bununla yanaşı sərgidə yol infrastrukturu və ictimai nəqliyyat sektorlarında həyata keçirilən ən yeni dövlət proqramları və tenderlərlə tanış olmaq, eləcə də Bakı Metropoliteni, “Azəryolservis” ASC, Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Nəqliyyatı intellektual idarə edilməsi mərkəzi kimi yerli nəqliyyat qurumlarının rəhbərləri ilə görüşmək üçün unikal imkanlar yaradır.
Qeyd edək ki, “Road and Traffic” sərgisi “TransCaspian” - “Nəqliyyat, Tranzit və Loqistika” sərgisi ilə birlikdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilir.