Bakıya yeni rus maşınları gətirildi – FOTO

Avtobazar 21 May 2015 17:10 Oxunub 7605
Bakıya yeni rus maşınları gətirildi  – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Maraqlananlar çoxdur, alan yoxdur”

Bu ayın əvvəlindən Bakıya Rusiya istehsalı olan yeni model minik avtomobilləri gətirilib. Avtosfer.az xəbər verik ki, bu barədə fins.az rus maşınlarının idxalı ilə məşğul olan “Xəzər Lada” şirkətinin texniki direktoru Şəmsəddin Şəmsəddinov məlumat verib. Onun sözlərinə görə, söhbət 2015-ci il model “Lada Granta” və “Lada Kalina” avtomobillərindən, eləcə də diqqəti xüsusilə cəlb edən tamamilə yeni “Granta Liftbek” modelindən gedir.

 

Saatda 200-lə gedir

Sedan və heçbek arasında yeni versiya olan “Granta Liftbek” 106 at gücündədir, 1,6 lirtlik mühərriklə təhciz edilib. Avtomobilin maksimal sürəti saatda 200 km-dir. Yanacaq sərfiyatı şəhər içi 7,8 litr, şəhərdən kənar yollarda isə 6,8 litrdir. Maşın mexaniki sürət qutusuna və kondisionerə malikdir.

 

“Maraqlananlar çoxdur, alan yoxdur”

 

“Granta Liftbek” modeli ilə maraqlananlar çoxdur. Ancaq hələ ki, bu maşınlardan biri də satılmayıb. Şəmsəddin Şəmsəddinov deyir ki, eyni təcrübə “Priora”da da olub: “Bir neçə nəfər alıb onun keyfiyyətini görəndən sonra “Priora”lar sürətlə satılmağa başladı. Düşünürəm ki, “Granta Liftbek”də də belə olacaq”. O, ilkin olaraq Bakıya 30-a yaxın “Granta Liftbek” avtomobilinin gətirildiyini bildirib. İyun ayından sonra model yeni opsiyalarda da təqdim ediləcək.

“Lada Granta”nın gücü artıb

2015-ci il model “Lada” avtomobillərində isə bəzi yeniliklər edilib. Məsələn, əvvəl 87 at gücündə 8 silindirli “Lada Granta”nın yeni modeli 106 at gücündə 16 silindirli mühərriklə təhciz edilib. Bundan başqa, həm “Lada Granta”, həm də “Lada “Kalina” avtomobillərinin interyer və eksteryeri dəyişdirilib. .

 

Qiymətlər 9600-10500 manat arasındadır

 

Yeni rus avtomobillərinin qiymətləri 9600-10500 manat arasında dəyişir. Məsələn, opsiyalardan aslı olaraq “Granta Liftbek” 9 800- 10 000 manata satılır. “Priora”, “Granta Sedan” və “Kalina Cros” 9600 manata, “Kalina Avtomat” isə 10 500 manat satılır. Avtomobilləri manatla kreditə götürmək mümkündür.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh