Bazarda ən çox bu maşınlar alınır

Son zamanlar avtomobil bazarlarında ötən illərə nisbətən müəyyən dəyişikliklər nəzərə çarpır. Hərçənd yollarda köhnə istehsal olunmuş avtomobilləri görmək mümkündür. Buna baxmayaraq, vətəndaşlar xüsusilə yeni avtomobillərə maraq göstərir və satışı ilə məşğul olurlar.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Redaktor.az-a açıqlamasında bunun səbəblərindən danışıb:
"Azərbaycanda hazırda dövlətin göstərdiyi gömrük, ƏDV kimi xüsusi rüsumlar ləğv ediləndən sonra elektromobillərə daha çox maraq artıb. Sözsüz ki, bununla yanaşı, hibrit avtomobillər də populyarlığını saxlayır. Burada Yaponiya istehsalı olan, Avropa brendləri olan avtomobillər olsa da, əksəiyyət Çin istehsalı olan avtomobillər təşkil edir. Daxili yanma mühərriki ilə işləyən avtomobillər elektromobil və hibridlərdən sonra gəlir, buna baxmayaraq onlar da satılır. Əvvəlki illərə nisbətən köhnə, ikinci əl avtomobillərdən bir qədər qaçmağa çalışırlar, daha çox yeni avtomobillərə maraq var. İstər ənənəvi benzinlə çalışan, istərsə də elektrik və hibrid avtomobillərin yeniləri avtosalonlarda üstünlük təşkil edir. Vətəndaşlarımız başa düşür ki, köhnə maşınlar həm ekologiyaya ziyandır, həm də cibimizə".
Ekspertin sözlərinə görə, insanların çoxu avtomobilini zövqünə görə seçir:
"Buna görə də əksər alıcılar həmin avtomobili istehsal edən ölkəyə çox diqqət yetirmirlər. Bəziləri isə var ki, bu günədək, məsələn, yalnız Koreya istehsalı olan avtomobil sürüb, buna görə də o, avtomobilini dəyişərkən eyni ölkənin istehsal etdiyi başqa bir modeldən davam etmək istəyə bilər".

Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










