«Bentley»dən 337 minlik möhtəşəm avtomobil - FOTOLAR

«Bentley» şirkəti Pebbl-Biç Zəriflik müsabiqəsində yeni Continental GT3-R kupesinin Şimali Amerika debütünü təşkil edəcək. Avtosfer.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, avtomobilin dünya premyerası bu yay Qudvud Sürət festivalında baş tutub. Britaniya markasının ən sürətli yol avtomobili Continental GT3 yarış maşını əsasında hazırlanıb. O 580-güclü 4.0 litrlik V8 mühərrik və səkkiz pilləli ZF avtomat ötürücü qutu ilə təchiz edilib. Bu aqreqatlarla kupe 0-100 km/saat sürətlənməni 3,8 saniyəyə yerinə yetirir. Avtomobilin idman kürsüləri dəri və alkantara ilə üzlənib. İnteryerin tərtibatında karbon taxmalardan və yaşıl aksentlərdən istifadə edilib. İstehsalı planlaşdırılan 300 ədəd Bentley Continental GT3-R kupedən 99 nüsxəsi ABŞ bazarı üçün nəzərdə tutulub. Yeni model üçün sifarişlərin qəbulu 337 min dollardan başlayır. İlk alıcılar öz maşınlarını 2015-ci ilin əvvəlində alacaqlar.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur


















