“BMW 3.0 CSL Hommage” avtomobili təqdim edildi – FOTO

Dünyanın və Almaniyanın aparıcı avtomobil istehsalçısı “BMW” şirkəti yeni “3.0 CSL Hommage” konseptini təqdim edib. Avtosfer.az fins-ə istinadən verdiyi məlumata görə, yeni modelin təqdimatı “Concorso d’Eleganza Villa d’Este” avtomobil sərgisində baş tutub.
Əfsanəvi “3.0 CSL” modeli kimi dizayn edilən bu model aqressiv görünüşlü ön radiator qəfəsinə, həmçinin, karbon lifli ön splitterə və LED diodları ilə əhatə edilmiş ikili radiator qəfəsinə sahibdir. Avtomobilin arxasına nəzər saldıqda görə bilərik ki, buraya qalın palçıqlıqlar, karbon lifli yan ətəklər və güzgü rolunu oynayan balaca arxa kamera əlavə edilib. Avtomobil həmçinin, dam üzərində və arxada spoylerə, LED tipli arxa fənərlərə, CFRP diffuzora və 21-dyumluq yüngül lehimli disklərə sahib olub. İnteryer dizaynına gəldikdə, buraya 2 ədəd yüngül, idman tipli oturacaqlar daxildir. Sürücü üçün minimal alətlər paneli, unikal sükan və yüngül lehimli pedallar quraşdırılıb. Digər özəlliklərə, karbon lifli karkas və inteqrasiya edilmiş yanğın söndürmə sistemi daxildir. “BMW” avtomobilin texniki göstəriciləri barədə məlumat verməsə də, bəyan edib ki, avtomobildə 6-silindirli “eBoost” texnologiyalı güclü mühərrik quraşdırılacaq.
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - FOTO
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO















